GPS+ monitorinq məlumatlarını yalnız platformada göstərməklə kifayətlənmir, onları şirkətin mövcud biznes sistemlərinə və iş proseslərinə də inteqrasiya etməyə imkan verir. ERP, CRM və 1C sistemləri ilə məlumat mübadiləsi qurularaq monitorinq məlumatları gündəlik idarəetmənin bir hissəsinə çevrilə bilər. Müştərinin ehtiyacına uyğun fərdi dashboardlar, KPI göstəriciləri və xüsusi hesabat formaları hazırlamaq mümkündür. WhatsApp və SMS bildirişləri, tapşırıqlar və müxtəlif avtomatlaşdırılmış iş axınları da sistemə qoşula bilər. API və data axını vasitəsilə məlumatların üçüncü tərəf sistemlərinə ötürülməsi də dəstəklənir.
- ERP / CRM / 1C inteqrasiyası
- Dashboard və xüsusi hesabatlar
- Bildiriş və iş axını
- Xüsusi modullar
- API və data axını