Platforma və hesabatlılıq

GPSplus nəqliyyat, sensor, video və aktivlərdən daxil olan monitorinq məlumatlarını vahid idarəetmə platformasında toplayır. İstifadəçilər cari mövqeni, geozonaları, marşrut tarixçəsini və müxtəlif hadisələri bir panel üzərindən izləyə bilirlər. Sürət, yanacaq, temperatur və digər göstəricilər üzrə bildirişlər operativ nəzarət imkanı yaradır. Yürüş, sürücü fəaliyyəti, yanacaq istifadəsi və digər əməliyyat göstəriciləri üzrə hesabatlar formalaşdırılır. Platformaya həm mobil, həm də veb üzərindən daxil olmaq mümkündür.

  • Vahid panel
  • Xəritə və marşrut
  • Bildirişlər
  • Hesabatlar
  • Mobil və veb giriş
  • Wialon Local/Hosting, GPS+ Lite/PRO, GPS+ Live və Dedicated platformaları

Gəlin birlikdə inkişaf edək!

Siz də nəqliyyat resurslarınızı daha səmərəli idarə etmək, təhlükəsizlik və qənaəti artırmaq istəyirsinizsə, biz buradayıq. Bizimlə əlaqə saxlayın, ehtiyaclarınıza uyğun olaraq sizə ən düzgün həlli təklif edək.