Taksi və sərnişin daşıma xidmətlərində GPS sistemlərinin və təhlükəsizlik texnologiyalarının rolu hazırda əvəz olunmazdır. Müasir dövrdə taksi və sərnişin daşıma xidmətləri yalnız sürətli və rahat nəqliyyat vasitəsi olmaqla kifayətlənmir, eyni zamanda təhlükəsizlik, şəffaflıq və idarəolunma baxımından da yüksək tələblər qoyur. Bu tələbləri qarşılamaq üçün GPS sistemləri, GPS izləmə texnologiyaları və digər təhlükəsizlik həlləri artıq taksi xidmətlərinin ayrılmaz hissəsinə çevrilib.
GPS sistemləri taksi xidmətlərində real vaxt izləmə imkanı yaratmaqla, həm sürücü, həm sərnişin, həm də xidmət operatorları üçün rahatlıq və şəffaflıq təmin edir. GPS vasitəsilə hər bir taksi avtomobilinin marşrutu, sürəti, dayanma nöqtələri və çatma vaxtları dəqiq şəkildə qeydə alınır. Bu sistemlərin əsas üstünlükləri ondan ibarətdirki, avtomobilin real vaxtda yerinin müəyyən edilməsi, gecikmə və marşrutdan yayınma hallarının qarşısının alınması, müştəriyə dəqiq təxmini çatma vaxtının bildirilməsi, sürücü performansının qiymətləndirilməsi və s.
GPS izləmə sistemi həmçinin dispetçer xidmətinə daha effektiv şəkildə taksiləri yönləndirmək və tıxac olan ərazilərdən uzaq marşrutlar təklif etmək imkanı verir.

Təhlükəsizlik Texnologiyaları ilə Sərnişin Məmnuniyyətinin Artırılması
Sərnişinlərin təhlükəsizliyi hər bir taksi şirkətinin prioritetidir. Bu məqsədlə istifadə olunan təhlükəsizlik sistemləri, GPS izləmə ilə birgə işləyərək istənilən fövqəladə vəziyyətdə müdaxilə imkanı yaradır. Məsələn, taksidə təhlükə və ya oğurluq halları baş verdikdə, mərkəz avtomatik siqnal ala və operativ tədbir görə bilər.
Taksi Təhlükəsizlik sistemlərinin əsas funksiyaları:
1) Sərnişinin təyin etdiyi marşrutdan kənara çıxılması zamanı xəbərdarlıq
2) Sürücünün qəfil sürət artımı və ya təhlükəli davranışları barədə siqnallar
3) Fövqəladə siqnal düyməsi ilə təcili yardım və ya polisə məlumat ötürülməsi
4) İstifadəçi və sürücü məlumatlarının qeydiyyatı və monitorinqi
Rəqəmsal Transformasiya və Brend Etibarı
Taksi və sərnişin daşıma xidmətləri rəqəmsallaşdıqca, texnologiyanın istifadəsi brendin peşəkar imicini gücləndirir. GPS izləmə və təhlükəsizlik sistemləri ilə təchiz olunmuş avtomobillər təhlükəsizliy səviyyələrinin yüksək mərhələdə olduğuna görə müştərilərə daha çox etibar verir, bu da daimi istifadəçilərin sayını artırır.
Nəticədə, taksi xidmətləri sahəsində uğur qazanmaq və rəqiblərdən fərqlənmək istəyən şirkətlər üçün GPS sistemləri, GPS izləmə texnologiyaları və təhlükəsizlik həlləri zəruridir. Bu texnologiyalar sayəsində həm sərnişinlərin, həm də sürücülərin təhlükəsizliyi təmin olunur və xidmət keyfiyyəti maksimuma çatdırılır.





