Logistika və Daşıma Şirkətləri üçün GPS Sistemləri
Bugünkü rəqabətli bazar şəraitində logistika və daşıma şirkətləri üçün texnologiyadan istifadə etmək artıq seçim deyil, zərurətdir. Logistika və daşıma şirkətləri üçün GPS izləmə və monitorinq sistemlərinin əhəmiyyəti olduqca böyükdür. Yüklərin vaxtında, təhlükəsiz və səmərəli şəkildə çatdırılması üçün GPS izləmə, GPS nəzarət və monitorinq sistemi kimi texnoloji həllər böyük əhəmiyyət daşıyır. Bu sistemlər, daşımanın hər mərhələsində şəffaflıq təmin etməklə yanaşı, biznes proseslərinin avtomatlaşdırılmasına və optimallaşdırılmasına da imkan yaradır.
GPS izləmə texnologiyası vasitəsilə daşıma zamanı hərəkət edən yük maşınlarının real vaxtda mövqeyi dəqiq müəyyən olunur. Bu sistemlər, avtomobillərin hansı marşrut üzrə hərəkət etdiyini, harada dayandığını və hansı sürətlə getdiyini mərkəzə ötürür. GPS izləmə sistemi logistika sahəsində bir çox funksiyaları yerinə yetirir. Məsələn; nəqliyyat vasitələrinin anlıq yerinin müəyyənləşdirilməsi, marşrut sapmalarına və gecikmələrə nəzarət, müştərilərə dəqiq və şəffaf məlumat təqdim olunması, yol boyu baş verən fövqəladə halların dərhal aşkarlanması və s.
Bütün bunlar, daşıma şirkətlərinin xidmət keyfiyyətini artırır və müştəri məmnunluğunu yüksəldir.

GPS Nəzarət Sistemi ilə Effektiv İdarəetmə
Yalnız izləmə ilə kifayətlənməyən GPS nəzarət sistemi, avtomobilin vəziyyəti, texniki göstəriciləri, yanacaq sərfiyyatı və sürücü davranışlarını da əhatə edir. Bu sistemlər, idarəetməni asanlaşdırmaq və resurslardan maksimum dərəcədə səmərəli istifadə etmək üçün böyük imkanlar yaradır.
Nəzarət sistemləri sayəsində:
1) Yanacaq sərfiyyatına nəzarət edilir
2) Sürücü davranışları (kəskin əyləc, sürət həddi aşımı və s.) təhlil olunur
3) Texniki xidmət dövrləri izlənir
4) Qrafik və analitik hesabatlar avtomatik hazırlanır
Monitorinq Sistemi ilə Tam Şəffaflıq və Təhlükəsizlik
Monitorinq sistemi, daşımanın bütün mərhələlərində avtomatik olaraq məlumat toplayaraq real zamanlı hesabatlar təqdim edir.Bu cür nəzarət, logistika şirkətlərinə istər operativ idarəetmədə, istərsə də uzunmüddətli planlamada daha dəqiq qərarlar vermək imkanı tanıyır. Bu sistemlər həmçinin, yükün hara, nə vaxt və necə çatdırıldığını qeyd edir, gecikmələr və dayanma halları barədə xəbərdarlıq verir, marşrutun tam analizi və optimallaşdırılması üçün məlumatlar təqdim edir, şirkət daxilində hesabatlılığı və şəffaflığı təmin edir.
Bunun nəticəsində, logistika və daşıma şirkətləri riskləri azaldır, təhlükəsizlik səviyyəsini artırır və müştəri qarşısında daha güclü etibar qazanır.
Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə GPS izləmə, GPS nəzarət və monitorinq sistemləri ilə təchiz olunmuş daşıma şirkətləri, bazarda rəqiblərinə qarşı ciddi üstünlük əldə edir. Bu sistemlər yalnız yükü izləmək üçün deyil, həm də xərcləri azaltmaq, sürücüləri daha yaxşı idarə etmək və müştəri xidmətlərini təkmilləşdirmək üçün əvəzolunmaz vasitələrdir.





