GPS İzləmə Sisteminin Nəzarətdə Rolu Nədir?
Bu gün dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda ictimai nəqliyyat artan tələbat nəticəsində onun idarə olunması getdikcə daha çox rəqəmsallaşır. Bu texnoloji inkişafın əsas alətlərindən biri də GPS izləmə sistemi və nəzarət texnologiyalarıdır. Xüsusilə avtobus parkları və böyük nəqliyyat şəbəkələri üçün bu sistemlər effektiv idarəetmənin əsasını təşkil edir.
GPS izləmə sistemi (Global Positioning System) real vaxtda nəqliyyat vasitələrinin dəqiq yerini təyin etmək və onların hərəkətinə tam nəzarət etmək üçün istifadə olunur. Bu texnologiya əsas imkanları vasitəsi ilə avtobusun marşrut üzərində harada olduğu izlənilir, sürücü davranışı analiz edilir, gecikmələr və ya dayanacaqlar qeydə alınır, təhlükəsizlik səviyyəsi artırılır. Nəzarət sisteminin güclənməsi və təhlükəsizlik səviyyəsinin artırılması öz növbəsində nəqliyyat axının daha optimal idarə olunmasına kömək edir.

Avtobus Parkları üçün GPS Sisteminin Faydaları
GPS sayəsində bütün avtobusların real vaxtda harada olduğunu izləmək mümkündür. Bu da dispetçerlərə operativ qərarlar verməyə imkan yaradır. GPS məlumatları əsasında avtobusların gediş-gəliş cədvəlləri daha real və dəqiq olur bununla da sərnişinlər gecikmələrdən əvvəlcədən xəbərdar ola bilirlər. Toplanan məlumatlarla tıxaclar, boş marşrutlar və ya gecikmələr analiz edilərək daha effektiv marşrut planlaşdırması aparıla bilər. Bu da yanacağa və vaxta qənaət deməkdir. Bundan əlavə olaraq, hər hansı qəza, nasazlıq və ya fövqəladə vəziyyət zamanı avtobus və bu kimi digər nəqliyyat vasitələrinin yeri dərhal müəyyən edilə və yardım göndərilə bilər. Həmçinin sürücülərə nəzarət sisteminin köməyi ilə sürət limiti aşımı, qəfil əyləc, sərt döngələr kimi halları izləməklə sürücülərin təhlükəsiz davranışa təşviqi təmin olunur.
İstənilən tarix üçün marşrut, dayanma vaxtı, sürət və digər göstəricilər üzrə hesabatlar əldə olunur. Bu isə idarəetməni şəffaf və ölçülə bilən edir.
Üstün cəhətləri
- Real vaxt izləmə və nəzarət
- Marşrut optimizasiyası
- Yanacağa qənaət və səmərəlilik
- Sürücü davranışlarının təhlili
- Sərnişin məmnuniyyəti
Nəzarət Sistemi ilə İnteqrasiya
GPS izləmə sistemi, adətən mərkəzi nəzarət sistemi ilə birlikdə fəaliyyət göstərir. Bu inteqrasiya isə nəqliyyatın idarə edilməsinə öz töhvəsini verir
- Hər bir ictimai nəqliyyat iş qrafiki izlənir.
- Texniki nasazlıqlar barədə əvvəlcədən xəbər verilir.
- Avtobusların baxım müddətləri planlaşdırılır.
GPS Texnologiyası ilə Effektiv Nəqliyyat İdarəetməsi
İctimai nəqliyyatda GPS texnologiyasının tətbiqi nəqliyyat parklarının idarə edilməsində şəffaflıq, effektivlik və təhlükəsizlik təmin edir. Bu sistemlər yalnız idarəçilərə deyil, sərnişinlərə də real vaxt məlumatları təqdim etməklə xidmət keyfiyyətini artırır.
Əgər siz də ictimai nəqliyyat və ya avtobus parkı idarə edirsinizsə, GPS izləmə və nəzarət sistemi ilə fəaliyyətinizi tam şəkildə optimallaşdıra, xərcləri azalda, təhlükəsizliyi artıra bilərsiniz.





